Model axtarmadan, fotoqrafsız, studiyasız. Geyimin adi telefon şəklini göndərin — 5 dəqiqəyə həmin paltarı əynində daşıyan uşaq modelin 6 kataloq fotosunu alın. Birbaşa Instagram-a hazır.
✦ Naxış, yazı və rənglər orijinal paltardakı kimi qalır.
Texniki bilik tələb olunmur. İşçiniz də istifadə edə bilər.
Paltarın adi telefon şəklini yükləyin — sərilmiş, asılmış, fərqi yoxdur. Yaşı (6 aylıq – 17 yaş), cinsi və fon stilini seçin.
Süni intellekt paltarı seçdiyiniz yaşda azərbaycanlı uşaq modelin əyninə geyindirir, uyğun kombinasiya və studiya fonu qurur.
5 dəqiqəyə Telegram-ınıza 1 əsas + 5 fərqli pozada foto gəlir — keyfiyyət itkisiz, birbaşa paylaşmağa hazır.
Aşağıdakıların hamısı sistemdən çıxan həqiqi nəticələrdir. Kiçik şəkil — müştərinin göndərdiyi orijinal foto.
Hər detal sizin əlinizdədir: fon stilini, modelin yaşını və görünüşünü seçirsiniz — istədiyiniz variantı bir kliklə yenidən çıxartdıra bilərsiniz. Kataloqunuz tam öz zövqünüzə uyğun qurulur.
Modeli özünüz seçirsiniz: körpə, uşaq, yeniyetmə — oğlan və ya qız. Hər yaş üçün ayrıca model axtarmaq dərdi bitdi.
Paltarın üstündəki rəsm, yazı, rəng sistem tərəfindən qorunur — müştəri fotoda gördüyünü alır.
Köynək göndərin — uyğun şalvar və ayaqqabı ilə geyindirilir. Şalvar və ya ayaqqabı göndərsəniz də sistem dəsti özü qurur.
İsti butik fonu, açıq boz və ya krem studiya — səhifənizin estetikasına uyğun olanı seçin, bütün seriya eyni üslubda çıxsın.
Çəkiliş günü planlamaq, model gözləmək yoxdur. Yeni mal gələn gün fotosu da hazır olur.
Nəticələr Telegram-a fayl kimi göndərilir (keyfiyyət itkisiz) və istəsəniz Google Drive-da da saxlanılır.
Bizə yazın, sizin üçün dərhal demo hesabı açaq. Platformamızı test etmək üçün 3 paltarınızın şəklini sistemə yükləyin və yoxlayın. Nəticələri öz gözünüzlə görün, bəyəndiyiniz təqdirdə əməkdaşlığı müzakirə edək.
Nəticələr studiya keyfiyyətli kataloq fotolarıdır — işıq, kölgə, parça teksturası real çəkiliş kimi işlənir. Ən yaxşısı öz gözünüzlə görməkdir: pulsuz demo üçün bir paltar şəkli kifayətdir.
Bəli — sistemin əsas gücü məhz budur. Naxış, print və yazılar orijinal şəkildən qorunaraq köçürülür; müştəriniz fotoda gördüyü malı alır.
Köynək, don, şalvar, gödəkçə, ayaqqabı — geyim və ayaqqabının bütün növləri. Tək məhsul göndərirsiniz, sistem qalan kombinasiyanı özü qurur.
Adi telefon kamerası bəsdir: məhsulu sadə fonda, tam açıq halda, yaxşı işıqda çəkin. Xüsusi avadanlıq lazım deyil.
Bəli — fon stili, modelin yaşı və görünüşü tamamilə sizin seçiminizdədir. İstədiyiniz kombinasiyanı seçib fotonu yenidən çıxartdırmaq bir neçə dəqiqəlik işdir; kataloq tam sizin istədiyiniz kimi olana qədər.
Telegram-ınıza fayl şəklində (keyfiyyət itkisiz) və ya Google Drive qovluğunuza — seçim sizindir, hər ikisi də ola bilər.